- Çempionlar liqası
- 22:50 27.11.2025
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Qarabağ” – “Ferentsvaroş” qarşılaşmasının hakim təyinatları açıqlanıb.
90deqiqe.Az-ın məlumatına görə, avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunu Fransa Futbol Federasiyasından olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi FIFA referisi Kleman Tyurpendir. Ona yan xətt hakimləri Nikolya Danos və Aleksis Auqer kömək edəcəklər. Dördüncü hakim funksiyasını Romen Lissorq yerinə yetirəcək.
VAR sisteminə Jerom Brizar, AVAR-a isə Nikolya Renvil təyin olunub.
Qeyd edək ki, komandalar arasında Macarıstanda baş tutan ilk qarşılaşmada "Qarabağ" rəqibini 3:1 hesabı ilə məğlub edib. Cavab oyunu saat 20:45-də start götürəcək.