5 dekabr 2025. Cümə

“Qarabağ” UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksəldi


“Qarabağ” UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksəldi

Azərbaycan çempionu “Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində Macarıstanın “Ferentsvaroş” klubunu iki oyunun nəticəsinə əsasən üstələyərək Liqa mərhələsinə vəsiqə qazanıb.

90deqiqe.Az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən cavab matçı qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Ev sahibinin qollarını Leandro Andrade (25) və Abdullah Zubir (45) vurub. “Ferentsvaroş”un heyətində isə Lenni Josef (14), Barnabas Varqa (55, penalti) və Aleks Tot (82) fərqlənib.

Qeyd edək ki, səfərdə keçirilən ilk oyunda “Qarabağ” 3:1 hesabı ilə qalib gəlmişdi.

Beləliklə, iki oyunun nəticəsinə əsasən “Ferentsvaroş”u mübarizədən kənarlaşdıran “Qarabağ” tarixində ikinci dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksəlib. Qurban Qurbanovun rəhbərliyi altında komanda daha əvvəl 2017/2018 mövsümündə qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsində iştirak etmişdi.







Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”