5 dekabr 2025. Cümə

“Bu qələbəni ən çox azarkeşlərimiz haqq edirdilər”


“Bu qələbəni ən çox azarkeşlərimiz haqq edirdilər”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsində Macarıstanın “Ferentsvaroş”una qarşı keçirilən cavab oyunundan sonra fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, təcrübəli mütəxəssis Liqa mərhələsinə yüksəldikləri üçün sevincini ifadə edib:

“Gərgin oyuna şahidlik etdik. Futbolçularımı böyük nailiyyət münasibətilə təbrik edirəm. Çoxdandır stadionda belə atmosfer görməmişdim. Bu qələbəni ən çox azarkeşlərimiz haqq edirdilər”.

Qurbanov Prezident İlham Əliyevin təbrikini də qürurla qarşıladığını bildirib:

“Prezident İlham Əliyev ‘Qarabağ’ı təbrik edib. Bu, bizim üçün böyük qürur hissidir. Bir daha şahid olduq ki, ölkə başçısı oyunlarımızı izləyir və bizə dəstək olur. Mən də öz növbəmdə bu qələbə münasibətilə Prezident İlham Əliyevi və ailəsini təbrik edirəm”.

Baş məşqçi Liqa mərhələsinin oyunlarının Bakı Olimpiya Stadionunda keçirilə biləcəyini istisna etməyib:

“Hazırda stadionla bağlı yekun qərar yoxdur. Matçlarımızı Tofiq Bəhramov adına Respublika stadionunda da keçirə bilərik. Amma məsləhət olarsa, Bakı Olimpiya Stadionundan da istifadə mümkündür”.

Qurbanov futbolçuların matçdan öncə gərginlik yaşadıqlarını da vurğulayıb:

“Son üç gün onların yanında idim, gərgin olduqlarını hiss edirdim. Onlara soyuqqanlı olmağı tapşırmışdım. Baxmayaraq ki, özüm də gərgin idim. Şükürlər olsun ki, bu gün futbolçular şirin məğlubiyyət aldılar. Onların hər birini bağrıma basıram. Komandamız Liqa mərhələsində oynamağı tam haqq edirdi”.

Xatırladaq ki, Bakıda keçirilən cavab görüşündə “Ferentsvaroş” 3:2 hesabı ilə qalib gəlsə də, səfərdəki 3:1 hesablı qələbə sayəsində “Qarabağ” ümumi nəticədə üstün gələrək Çempionlar Liqasının qrup mərhələsinə yüksəlib.







Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”