26 mart 2026. Cümə axşamı

“Ümumilikdə 1 top fərqlə uduzduq”


“Ümumilikdə 1 top fərqlə uduzduq”

“Ferentsvaroş”un baş məşqçisi Robbi Kin UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı keçirilən cavab oyundan sonra fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, mütəxəssis mübarizəni dayandırdıqları üçün üzüldüklərini bildirib:

“Oyundan öncə ‘mərhələni keçəcəyik’ dediyimi xatırlamıram. Sadəcə iki oyunun nəticəsinə əsasən qələbə qazanmaq istəyirdik. Təəssüf ki, alınmadı. Ümumilikdə 1 top fərqlə uduzduq. Baxmayaraq ki, məğlub olmağı sevmirəm. Deyərdim ki, matç ərzində bəxtimiz gətirmədi, baxmayaraq ki, qarşılaşmaya yaxşı başlamışdıq”.

Kin həmçinin “Qarabağ”ın futbolçusu Kadi Borgesi fərqləndirib:

“‘Qarabağ’ın heyətində Kadi Borges yaxşı futbolçudur. Onunla təxminən 2 həftə vaxt keçirdim. Bizim heyətimizdə olarkən onun futbol keyfiyyətlərini tam görə bilməmişdik. Bununla belə, hazırda ‘Ferentsvaroş’un heyətində güclü futbolçular yer alıb”.

Qeyd edək ki, cavab görüşündə “Ferentsvaroş” 3:2 hesabı ilə qalib gəlsə də, səfərdəki 3:1 hesablı məğlubiyyətin nəticəsi ilə “Qarabağ” ümumi nəticədə üstün olub.







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"