29 iyun 2026. Bazar ertəsi

"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibləri məlum oldu


"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibləri məlum oldu

Azərbaycan çempionu "Qarabağ"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsində üz-üzə gələcəyi komandalar bəlli olub.

90deqiqe.Az-ın məlumatına görə, püşkün nəticəsinə əsasən, Ağdam təmsilçisi səfərdə İngiltərənin "Liverpul", Portuqaliyanın "Benfika", İtaliyanın "Napoli" və İspaniyanın "Atletik" klubları ilə qarşılaşacaq. "Qarabağ"ın ev oyunları isə "Çelsi" (İngiltərə), "Ayntraxt" (Almaniya), "Ayaks" (Niderland) və "Kopenhagen"ə (Danimarka) qarşı keçiriləcək.

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turu sentyabrın 16–18-də oynanılacaq. Sonuncu turun matçları isə 2026-cı il yanvarın 28-də baş tutacaq.

Pley-off mərhələsinə fevralın 17–18-də start veriləcək. 2025/26 mövsümünün final oyunu isə mayın 30-da Macarıstanın paytaxtı Budapeştdə təşkil olunacaq.







Çempionlar liqası

PSJ Çempionlar Liqasının qalibi oldu
  • Çempionlar liqası
  • 23:06 30.05.2026
PSJ Çempionlar Liqasının qalibi oldu