5 dekabr 2025. Cümə

“Çempionlar Liqası tam başqa səviyyədir”


“Çempionlar Liqası tam başqa səviyyədir”

“Azarkeşlərimizə bir daha təşəkkür etmək istəyirəm. “Ferensvaroş”la pley-offun cavab oyunu zamanı stadionda etdikləri azarkeşlik, göstərdikləri dəstək, yaratdıqları atmosferə görə, hər birinə minnətdaram. Bizim azarkeşlər Çempionlar Liqasının Liqa mərhələsini görməyi haqq edirdilər. Onlar üçün çox sevinirəm ki, bu mövsüm Çempionlar Liqasının minimum 4 görüşünü Bakıda canlı izləyəcəklər. Dörd səfər qarşılaşmasına isə ən azı televiziya ilə baxmaq şansları olacaq”.

90deqiqe.Az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının Liqa mərhələsinin püşkatması barədə danışarkən deyib.

Qurban Qurbanov Liqa mərhələsindəki rəqiblər haqqında da fikirlərini açıqlayıb: “Qarşılaşacağımız komandaların hamısı çox ciddi rəqiblərdir. Öz ölkələrinin köklü, tarixi olan klublarıdır. “Liverpul”, “Çelsi”, “Ayaks”, “Napoli”, həmçinin digərləri - “Benfika”, “Ayntraxt”, “Kopenhagen” və “Atletik” hamının yaxşı tanıdığı güclü komandalardır. Çalışacağıq ki, bu matçlara yaxşı hazırlaşaq. Çünki bu turnir tam başqa bir səviyyədir. Çempionlar Liqasındakı həyəcan bir neçə dəfə artıq olur. Burada güc, sürət, həm oyunun gedişatı tam fərqlidir. Çox böyük məsuliyyət olduğunu başa düşürük. Yaxşı mübarizə aparmağa, azarkeşlərimizi sevindirməyə çalışacağıq”.

Qeyd edək ki, Ağdam təmsilçisi Liqa mərhələsində “Liverpul” (İngiltərə), “Benfika” (Portuqaliya), “Napoli” (İtaliya) və “Atletik”lə (İspaniya) səfərdə, “Çelsi” (İngiltərə), “Ayntraxt” (Almaniya), “Ayaks” (Niderland) və “Kopenhagen”lə (Danimarka) evdə qarşılaşacaq.







Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”