30 sentyabr 2026. Çərşənbə

Azərbaycan UEFA reytinqində iki pillə yüksəldi


Azərbaycan UEFA reytinqində iki pillə yüksəldi

Azərbaycan UEFA klublar reytinqində 2 pillə irəliləyərək 26-cı yerə yüksəlib.

90deqiqe.Az saytının məlumatına görə, bu uğurun əsas səbəbi "Qarabağ" futbol klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanmasıdır.

“Qarabağ” pley-off mərhələsində Macarıstanın “Ferentsvaroş” komandası ilə keçirilən iki oyunun nəticəsinə əsasən (3:1, 2:3) Çempionlar Liqasının əsas mərhələsinə yüksələrək ölkəmizin UEFA əmsalını 21.000-ə çatdırıb. Bu göstərici Azərbaycanın reytinqdə Slovakiyanı (21.375) izləyən 26-cı, Sloveniya isə 27-ci pillədə qərarlaşmasına səbəb olub.

UEFA klublar reytinqində liderliyi isə İngiltərə komandaları tutur. Onların ümumi əmsalı 95.005 olaraq qalır.







Çempionlar liqası

 “Modriç, Kazemiro və Kroos olsaydı...”
  • Çempionlar liqası
  • 23:38 11.09.2026
“Modriç, Kazemiro və Kroos olsaydı...”