31 yanvar 2026. Şənbə

Qvardiola De Bryune və Sanenin “Etihad”a qayıdışından danışdı


Qvardiola De Bryune və Sanenin “Etihad”a qayıdışından danışdı

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola keçmiş futbolçuları Kevin De Bryune (“Napoli”) və Leroy Sanenin (“Qalatasaray”) “Etihad” stadionuna qayıdışı barədə fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, "City Xtra" ispan çalışdırıcının dediklərini belə çatdırıb.

“Bəli… Kevin, Leroy. Onların buraya qayıtmasına çox sevinirəm. Təbii ki, biz “Napoli” və “Qalatasaray”a qarşı qalib gəlməliyik. Amma onların qayıtması xoşdur və əminəm ki, azarkeşlər onlara isti qarşılama göstərəcək, çünki bunu haqq edirlər!”

İngilis klubu Çempionlar Liqasının qrup mərhələsində bu komandalarla qarşılaşacaq.

Qeyd edək ki, Leroy Sane 2016–2020-ci illərdə, Kevin De Bryune isə 2015–2025-ci illərdə “Mançester Siti”də çıxış edib.







Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”