5 dekabr 2025. Cümə

Luis Enrike: “Barselona”ya qarşı oynamaq qarışıq hisslər yaradır"


Luis Enrike: “Barselona”ya qarşı oynamaq qarışıq hisslər yaradır"

PSJ-nin baş məşqçisi Luis Enrike bu mövsüm Çempionlar Liqasının qrup mərhələsində komandası ilə “Barselona” qarşılaşacağı matç barədə fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, mütəxəssis bu barədə jurnalistlərə açıqlama verib.

“Bu, mənim üçün həm müsbət, həm də mənfi hisslər yaradır. Barselonaya qayıtmaq xoşdur, çünki bu mənim evimdir. Bu komandaya qarşı oynamaq maraqlıdır, çünki hücum futbolu göstərirlər.

Amma eyni zamanda, ürəyimdən gələn həqiqəti deyim ki, mənə ən çox kömək etmiş klubla oynamaq çox sevindirici deyil. Bu hissi izah etmək çətindir.”

Qeyd edək ki, Luis Enrike 2014–2017-ci illərdə “Barselona”nın baş məşqçisi olub. Onun rəhbərliyi altında katalonlar iki dəfə İspaniya çempionu, üç dəfə ölkə kubokunun qalibi olub və Çempionlar Liqasını da qazanıblar.







Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”