27 mart 2026. Cümə

“Benfika”nın 6 oyunçusu “Qarabağ”la görüşü qaçıra bilər


“Benfika”nın 6 oyunçusu “Qarabağ”la görüşü qaçıra bilər

Portuqaliyanın “Benfika” klubu “Qarabağ”la keçiriləcək Çempionlar Liqasının qrup mərhələsinin ilk oyununa ciddi itkilərlə çıxmaq riski ilə üz-üzədir.

90deqiqe.Az xarici mətbuata istinadən xəbər verir ki, komandanın 6 futbolçusu – bərpa prosesini davam etdirən Amar Dediç və Dodi Lukebakio, həmçinin uzun müddətdir zədədən əziyyət çəkən Aleksandr Ba, Manu, Nunu Feliks və Bruma son məşqlərdə iştirak etməyiblər.

Onların Ağdam təmsilçisinə qarşı matçda meydana çıxıb-çıxmayacağı hələ də qeyri-müəyyəndir.

Xatırladaq ki, “Benfika” – “Qarabağ” oyunu sentyabrın 16-da Lissabonda baş tutacaq və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"