31 yanvar 2026. Şənbə

“Benfika"ya qarşı qələbə bizə inam verdi”


“Benfika"ya qarşı qələbə bizə inam verdi”

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda “Benfika” üzərində tarixi qələbədən sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunla bağlı təəssüratlarını bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, Heydər Əliyev Hava Limanında jurnalistlərin suallarını cavablandıran təcrübəli çalışdırıcı, matçın ilk dəqiqələrində komandanın bir qədər stress yaşadığını bildirib.

“Bu klub tarixində UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk qələbə idi. Futbolçulara inam gəldi, bəlkə bir qədər də böyüdük. Hesabda 0:2 geridə olduğumuz zaman geridönüş etdik və qələbə qazandıq”.

Mütəxəssis bildirib ki, oyun zamanı komandanın özünəinamı artıb və bu, nəticəyə birbaşa təsir göstərib: “Futbolçulardan tələb etmişdim ki, top itkiləri az olsun. Təəssüf ki, bu dəfə də itkilər oldu. Amma futbolun dili birdir. Motivasiya dəyişməməlidir və biz eyni əzmkarlıqla davam etməliyik”.

Qurban Qurbanov qələbəyə baxmayaraq, çatışmazlıqların olduğunu və qarşıdakı oyunlarda daha diqqətli olmaları gərəkdiyini də sözlərinə əlavə edib.







Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”