26 mart 2026. Cümə axşamı

"Qarabağ" ÇL-də "Barselona"nın nailiyyətini təkrarladı


"Qarabağ" ÇL-də "Barselona"nın nailiyyətini təkrarladı

Azərbaycan çempionu "Qarabağ" UEFA Çempionlar Liqasında tarixi uğura imza atıb.

90deqiqe.Az-ın Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytına istinadən xəbər verir ki, indiyədək qitənin bir nömrəli klub turnirində 2 top fərqi ilə öndə olduğu heç bir oyunu uduzmayan "Benfika", bu il artıq ikinci dəfə belə məğlubiyyətlə üzləşib. İlk dəfə Lissabon təmsilçisi Liqa mərhələsinin VII turunda "Barselona"ya qarşı 4:2 hesabı ilə öndə olsa da, görüşü 4:5 hesabı ilə uduzmuşdu.

Son olaraq isə "Qarabağ" səfərdə möhtəşəm qələbə ilə tarix yazıb. 30-cu dəqiqəyədək 0:2 hesabı ilə geri düşən Qurban Qurbanovun komandası möhtəşəm dönüş edərək "Benfika"nı 3:2 hesabı ilə məğlub edib.

Beləliklə, "Qarabağ" Çempionlar Liqasında "Barselona"nın nailiyyətini təkrarlayan ikinci komanda olub.







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"