26 mart 2026. Cümə axşamı

"De Bruyne unikal futbolçudur"


"De Bruyne unikal futbolçudur"

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola komandanın sabiq yarımmüdafiəçisi Kevin De Bruynenin "Etihad" stadionuna qayıdışı barədə fikirlərini bölüşüb. 

90deqiqe.Az-ın məlumatına görə, təcrübəli çalışdırcı bu barədə klubun rəsmi saytına açıqlamasında bildirib.

"Əlbəttə, onun geri dönməsi xoşdur. Oyundan sonra onu görməyə sevinəcəyəm. İtaliyada yaxşı çıxışına təəccüblənmədim. O, elə səviyyədə oynayır ki, uyğunlaşmağa ehtiyacı yoxdur. 'Napoli'yə öz inanılmaz istedadını, oyun görmə qabiliyyətini, ötürmələrini, məhsuldar paslarını və qollarını gətirir. O, unikaldır"

Qeyd edək ki, belçikalı futbolçu Çempionlar Liqasının əsas mərhələsinin I turunda "Napoli"nin heyətində sabiq azarkeşlərinin qarşısına çıxacaq. Qarşılaşma sentyabrın 18-də keçiriləcək.

Xatırladaq ki, De Brüyne yay transfer pəncərəsində "Mançester Siti"dən "Napoli"yə keçib. İngiltərə klubunda çıxış etdiyi müddətdə o, 400-dən çox oyuna çıxıb və 19 titul qazanıb. Antonio Kontenin rəhbərlik etdiyi italiyalıların heyətində isə mövsümün əvvəlində üç oyunda iki qol vurub.







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"