30 iyun 2026. Çərşənbə axşamı

"Mən həmişə Afinadakı final haqqında düşünürəm"


"Mən həmişə Afinadakı final haqqında düşünürəm"

“Milan”ın sabiq hücumçusu Filippo İnzaqi 2007-ci ildəki Çempionlar Liqası finalını tez-tez xatırladığını bildirib.

90deqiqe.Az xəbər verir ki, mütəxəssis bu barədə jurnalistlərə açıqlama verib.

“Hər il həmin finalı yenidən izləyirəm. O vaxtlar çox gecələr yuxuma gəlirdi və oyuna çıxmaq istəyi ilə oyanırdım. Pirlo, Qattuzo, Ambrozini, Zedorf kimi oyunçularla eyni meydanda olmaq şansım oldu, amma ən çox təsirləndiyim Kaka idi.”

Qeyd edək ki, həmin oyunda “Milan” “Liverpul”u məğlub edərək titul qazanmış və iki qola İnzaqi imza atmışdı.Filippo İnzaqi 2001–2012-ci illərdə “Milan”ın formasını geyinmişdi.







Çempionlar liqası

PSJ Çempionlar Liqasının qalibi oldu
  • Çempionlar liqası
  • 23:06 30.05.2026
PSJ Çempionlar Liqasının qalibi oldu