26 mart 2026. Cümə axşamı

“Brügge” “Monako”nu darmadağın etdi


“Brügge” “Monako”nu darmadağın etdi

Çempionlar Liqasının 2025/2026 mövsümünün ümumi mərhələsində Belçikanın “Brügge” komandası ilə “Monako” arasında oyun başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, Belçikanın Brügge şəhərindəki “Yan Breydel” stadionunda baş tutab oyunda meydan sahibləri 4:0 hesabı ilə qalib gəlib.

Bundan əvvəl, 32-ci dəqiqədə “Brügge”nin digər hücumçusu Nikolo Trezoldi hesabı açıb. 39-cu dəqiqədə yarımmüdafiəçi Rafael Onyedika ev sahiblərinin üstünlüyünü artırıb. 43-cü dəqiqədə isə Belçika komandasının yarımmüdafiəçisi Hans Vanaken hesabı darmadağın səviyyəsinə çatdırıb.

75-ci dəqiqədə “Brügge”nin hücumçusu Mamadu Diaxon monakoluların qapısına dördüncü qolu vurub.

Qeyd edək ki, Çempionlar Liqasının hazırkı çempionu Fransa təmsilçisi PSJ-dir. Ötən mövsümün finalında bu komanda İtaliyanın “İnter” klubunu 5:0 hesabı ilə məğlub edib. Qollari Əşrəf Hakimi, Dezire Due (iki dəfə), Xviça Kvaratsxeliya və Senni Mayulu vurublar.







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"