26 mart 2026. Cümə axşamı

“Qarabağ”ın “Kopenhagen”lə oyunundan öncə mərkəzi arenanın tribunalarına işğaldan azad edilmiş ərazilərin adları verilib


“Qarabağ”ın “Kopenhagen”lə oyunundan öncə mərkəzi arenanın tribunalarına işğaldan azad edilmiş ərazilərin adları verilib

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda keçiriləcək “Qarabağ” – “Kopenhagen” (Danimarka) oyunu öncəsi Tofiq Bəhramov adına Respublika Stadionunda bəzi yeniliklər edilib.

Klubdan  90deqiqe.Az-a verilən məlumata görə, tribunalardakı bəzi sektorların yerləri və adları dəyişdirilib. Həmin sektorlara işğaldan azad edilmiş ərazilərin adları verilib.

VIP sektorlar: Qubadlı VIP, Zəngilan VIP, Füzuli VIP, Cəbrayıl VIP, Xocalı VIP, Laçın VIP, Kəlbəcər VIP.

VVIP sektorlar: Ağdam VVIP, Şuşa VVIP, Xankəndi VVIP.

Qeyd edək ki, oktyabrın 1-də keçiriləcək oyunun biletləri bu gün saat 15:00-dan satışda olacaq və azarkeşlər iTicket.az mobil tətbiqi vasitəsilə onlayn biletləri əldə edə bilərlər.







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"