29 iyun 2026. Bazar ertəsi

“Qarabağ” – “Kopenhagen” oyununa 27 mindən çox bilet satılıb


“Qarabağ” – “Kopenhagen” oyununa 27 mindən çox bilet satılıb

UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda "Qarabağ" və Danimarkanın “Kopenhagen” komandaları arasında keçiriləcək II tur oyununa satılan biletlərin sayı açıqlanıb.

Ağdam klubunun mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, artıq qarşılaşma üçün 27 min 500 bilet satılıb.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matçın biletlərinin qiyməti, müvafiq olaraq, 5, 10, 30, 40, 50, 75, 150, 200, 250 və 500 manat təşkil edir.

Qeyd edək ki, oktyabrın 1-də oynanılacaq qarşılaşma saat 20:45-də start götürəcək.







Çempionlar liqası

PSJ Çempionlar Liqasının qalibi oldu
  • Çempionlar liqası
  • 23:06 30.05.2026
PSJ Çempionlar Liqasının qalibi oldu