21 sentyabr 2026. Bazar ertəsi

“Qarabağ” Çempionlar Liqasının oyunu ilə bağlı azarkeşlərə müraciət edib


“Qarabağ” Çempionlar Liqasının oyunu ilə bağlı azarkeşlərə müraciət edib

“Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda Danimarkanın “Kopenhagen” komandasına qarşı keçiriləcək II tur oyunundan öncə azarkeşlərinə müraciət edib.

Klubdan 90deqiqe.Az-a verilən məlumata görə, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq matçı izləmək üçün fanatların arenaya erkən gəlməsi ilə bağlı çağırış edilib.

Bildirilib ki, bu, onların stadiona rahat daxil olmağına, sıxlıqdan yayınmağına və komandanın isinmə hərəkətlərini tam dolu tribunalar qarşısında həyata keçirərək əlavə motivasiya qazanmağına imkan verəcək.

Həmçinin stadionun qapılarının qarşılaşmaya 2 saat qalmış açılacağı, oyun başlayandan 20 dəqiqə sonra arenaya girişin məhdudlaşdırılacağı vurğulanıb.

Qeyd edək ki, “Qarabağ”-“Kopenhagen” oyunu saat 20:45-də başlayacaq.







Çempionlar liqası

 “Modriç, Kazemiro və Kroos olsaydı...”
  • Çempionlar liqası
  • 23:38 11.09.2026
“Modriç, Kazemiro və Kroos olsaydı...”
“Slaviya” evdə “Lans”a uduzdu
  • Çempionlar liqası
  • 01:17 11.09.2026
“Slaviya” evdə “Lans”a uduzdu
“Şaxtyor” səfərdə PSV ilə heç-heçə etdi
  • Çempionlar liqası
  • 22:48 10.09.2026
“Şaxtyor” səfərdə PSV ilə heç-heçə etdi