31 yanvar 2026. Şənbə

“Yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik”


“Yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik”

UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda Bakıda Danimarkanın "Kopenhagen" klubuna qarşı çıxış edəcək "Qarabağ"ın futbolçusu Leandro Andrade oyunöncəsi mətbuat konfransında fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, Kabo-verdeli yarımmüdafiəçi qarşıdakı görüşün əhəmiyyətini vurğulayaraq deyib:

“Sabah bizi ciddi oyun gözləyir. Matça yaxşı hazırlaşmışıq. Bu gözəl arenada azarkeşlərimizi sevindirməyə çalışacağıq.”

Andrade rəqib barədə də danışıb: “Kopenhagen çox yaxşı komandadır. Çempionlar Liqasında iştirak edən bütün klublar güclüdür. Yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik.”

Futbolçu sabahkı oyunda qol vurub-vurmayacağı ilə bağlı suala isə belə cavab verib: “Əsas olan komandanın meydanda sonadək mübarizə aparmasıdır. Düşünürəm ki, çox maraqlı oyun olacaq.”

Qeyd edək ki, oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" – "Kopenhagen" oyunu saat 20:45-də start götürəcək.







Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”