29 iyun 2026. Bazar ertəsi

Kilian Mbappe Mülleri geridə qoydu


Kilian Mbappe Mülleri geridə qoydu

“Real”ın hücumçusu Kilian Mbappe Çempionlar Liqasında 58-ci qolunu vurub.

90deqiqe.Az xəbər verir ki, bu göstərici 2-ci turun “Kayrat”la oyununda qeydə alınıb. Fransız futbolçu sabiq “Bavariya” yarımmüdafiəçisi Tomas Müllerə (57 qol) çataraq turnirin ən məhsuldar 6-cı oyunçusu olub.

Hazırda Mbappe Çempionlar Liqasının bombardirlər siyahısında sabiq “Real” hücumçusu Raulun (71 qol, 142 oyun) arxasında qərarlaşıb. Qeyd edək ki, Mbappe 89 oyunda 58 dəfə rəqib qapılarını işğal edib.

Fransız oyunçunun mövcud müqaviləsi 2029-cu ilin yayına qədər etibarlıdır. Transfermarkt portalına görə, futbolçunun bazar dəyəri 180 milyon avrodur.







Çempionlar liqası

PSJ Çempionlar Liqasının qalibi oldu
  • Çempionlar liqası
  • 23:06 30.05.2026
PSJ Çempionlar Liqasının qalibi oldu