5 dekabr 2025. Cümə

"Real", "Çelsi", "Atletiko", "İnter", "Bavariya"dan qələbə, "Liverpul" "Qalatasaray"a uduzdu


"Real", "Çelsi", "Atletiko", "İnter", "Bavariya"dan qələbə, "Liverpul" "Qalatasaray"a uduzdu

Bu gün UEFA Çempionlar Liqasında əsas mərhələnin növbəti oyunlarına start verilib.

90deqiqe.Az-ın məlumatına görə, ikinci turun ilk oyun günündə "Real Madrid" Qazaxıstanda "Kayrat"ın qonağı olub. Bu görüşdə Madrid təmsilçisinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

İtaliyanın "Atalanta" klubu isə evdə Belçika "Brügge"sini qəbul edib və çətin qələbə qazanıb.

İspaniyanın "Atletiko" klubu doğma meydanda Almaniya "Ayntraxt"ı ilə qarşılaşıb və rəqibinə darmadağınla qalib gəlib.

İngiltərənin "Tottenhem" klubu Norveçdə “Budyo-Qlimt”in qonağı olub. Dörd qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib.

İngiltərənin digər təmsilçisi "Çelsi" doğma meydanda "Benfika"nı qəbul edib və minimal hesabla qalib gəlib. Türkiyənin "Qalatasaray" klubu da doğma meydanda İngiltərənin "Liverpul" klubunu qəbul edib və oxşar hesabla rəqibi üzərində qələbəyə sevinib.

İtaliyanın "İnter" klubu evdə Çexiya “Slaviya”sını qəbul edib və böyükhesablı qələbə qazanıb.

Fransanın "Marsel" klubu doğma meydanda Niderland "Ayaks"ını qəbul edib və rəqib qapısından 4 cavabsız top keçirib.

Almaniyanın "Bavariya" klubu isə Kiprdə "Pafos"un qonağı olub. Bu görüşdə də Münhen klubu Kipr təmsilçisini böyükhesabla məğlub edib.

UEFA Çempionlar Liqası

II tur

30 sentyabr

20:45. “Atalanta” (İtaliya) – “Brügge” (Belçika) - 2:1

Qollar:C.Tzolis, 38, L.Samardzic, 75, (pen), M.Pasaliç, 87

20:45. “Kayrat” (Qazaxıstan) – “Real Madrid” (İspaniya) - 0:5

Qollar: K.Mbappe, 25 (pen), 52, 74, E.Kamavinqa,83, B.Diaz, 90+3

23:00. “Atletiko” (İspaniya) – “Ayntraxt” (Almaniya) - 5:1

Qollar: C.Raspadori, 4, A.Qrizmann, 45+1, C.Simeone, 70, X.Alavres, 82 (pen)

23:00. “Budyo-Qlimt” (Norveç) – “Tottenhem” (İngiltərə) - 2:2

Qollar: K.Hagh, 35, (pen), J.Hauqe, 53, M.v.de Ven, 68, C.Gunderson, 89

23:00. “Çelsi” (İngiltərə) – “Benfika” (Portuqaliya) - 1:0

Qollar: R.Rios, 18, (a.q)

23:00. “Qalatasaray” (Türkiyə) – “Liverpul” (İngiltərə) - 1:0

Qollar: V.Osimhen, 16 (pen)

23:00. “İnter” (İtaliya) – “Slaviya” (Çexiya) - 3:0

Qollar: L.Martines,30, 65, D.Dumfries, 34

23:00. “Marsel” (Fransa) – “Ayaks” (Niderland) - 4:0

Qollar: İ.Paixao, 6, 12, M.Qrenvud, 26, P.Aubameyanq, 52

23:00. “Pafos” (Kipr) – “Bavariya” (Almaniya) - 1:5

Qollar: H.Keyn, 15, 34, R.Qerreyro, 20, N.Cekson, 34, M.Orsic, 41, M.Olise, 69







Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”