27 mart 2026. Cümə

“Qarabağ” Çempionlar Liqasında növbəti uğurunu qazandı


“Qarabağ” Çempionlar Liqasında növbəti uğurunu qazandı

UEFA Çempionlar Liqasının əsas mərhələsində “Qarabağ” növbəti oyununu keçirib.

90deqiqe.Az-ın məlumatına görə, Qurban Qurbanovun rəhbərlik etdiyi Azərbaycan təmsilçisi II turda Danimarkanın “Kopenhagen” klubunu qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionundakı qarşılaşma “Qarabağ”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda ilk qol 28-ci dəqiqədə Abdullah Zubirdən gəlib. 83-cü dəqiqədə isə Emmanuel Addai fərqlənərək hesabı artırıb.

Qeyd edək ki, Azərbaycan klubu Liqa mərhələsinin I turunda Portuqaliyada “Benfika”ya 3:2, “Kopenhagen” isə evdə Almaniyanın “Bayer” komandası ilə 2:2 hesablı heç-heçə edib.







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"