27 mart 2026. Cümə

Qrizmann “Atletiko”da 200-cü qolunu vurdu


Qrizmann “Atletiko”da 200-cü qolunu vurdu

“Atletiko” komandasının hücumçusu Antuan Qrizmann klub üçün 200-cü qolunu vurub.

90deqiqe.Az-ın məlumatına görə, 34 yaşlı futbolçu bu uğura UEFA Çempionlar Liqası matçında Frankfurtun “Ayntraxt” komandası ilə oyunda nail olub.

Komandanın baş məşqçisi Dieqo Simeone UEFA-ya verdiyi müsahibəsində fransız futbolçunun klub üçün əhəmiyyətini vurğulayıb:

“Antuana verdiyi töhfəyə görə minnətdaram. Onun kluba gəldiyi ilk günləri xatırlayıram, hələ qanad oyunçusu idi, amma biz onu hücum yarımmüdafiəçisi kimi sınadıq. Nəticədə o, dünya çempionu oldu. Azarkeşlərin təşəkkürü də göstərir ki, Qrizmann “Atletiko” üçün nə qədər önəmlidir. İstedadın yaşı yoxdur.”

Qeyd edək ki, görüş 5:1 hesabı ilə “Atletiko”nun qələbəsi ilə yekunlaşıb.Qrizmann bu nəticəyə çatmaq üçün 454 oyun keçirib.







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"