- Çempionlar liqası
- 15:40 31.01.2026
“Bavariya”nın hücumçusu Harri Keyn bu mövsüm Avropanın bütün turnirlərində ilk 20 məhsuldar hərəkəti ən sürətli tamamlayan oyunçu olub.
90deqiqe.Az-ın məlumatına görə, ingilis forvard Çempionlar Liqasının II turunda “Pafos”a qarşı keçirilən görüşdə iki qol vuraraq komandasının 5:1 hesablı qələbəsinə də töhfə verib.
Keyn bu rekorda çatmaq üçün 742 dəqiqəyə ehtiyac duyub və bu göstərici 2011/2012 mövsümündə Lionel Messinin “Barselona” ilə müəyyən etdiyi 749 dəqiqəlik rekordu altı dəqiqə üstələyib.
Ən az oyun vaxtı ilə ilk 20 məhsuldar hərəkəti reallaşdıran oyunçuların siyahısı:
Harri Keyn (2025/2026, “Bavariya”, 742 dəqiqə)
Lionel Messi (2011/2012, “Barselona”, 749)
Lionel Messi (2016/2017, “Barselona”, 844)
Harri Keyn (2020/2021, “Tottenhem”, 871)
Harri Keyn (2024/2025, “Bavariya”, 891)
Klaudio Pizarro (2012/2013, “Bavariya”, 910)
Erlinq Haaland (2022/2023, “Mançester Siti”, 915)
Seru Quirassi (2023/2024, “Ştutqart”, 953)
Kilian Mbappé (2018/2019, “PSJ”, 959)
Kriştiano Ronaldo (2014/2015, “Real”, 990)
Keyn bu göstərici ilə mövsümün startında öz məhsuldarlığını dünya səviyyəsində nümayiş etdirib.