14 dekabr 2025. Bazar günü

“Futbolçularımız meydanda “Kopenhagen”dən çəkinmədi”


“Futbolçularımız meydanda “Kopenhagen”dən çəkinmədi”

UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda Bakıda “Kopenhagen” üzərində 2:0 qələbə qazanan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra mətbuat konfransında fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, təcrübəli mütəxəssis futbolçuları və azarkeşləri təbrik edib, komandasının meydanda birgə mübarizə apardığını vurğulayıb: “Gözəl qalibiyyət əldə etdik. Oyunçular rəqibdən çəkinmədilər, mübarizə apardılar. Bu cür oyun qarşıdakı matçlarda faydalı olacaq. Rəqibimizə də uğurlar arzulayıram, onlar pozitiv komandadır”.

Qurbanov qələbəyə olan inamlarını da qeyd edib: “Avrokuboklarda daha yaxşı nəticəyə ümid edirdim. Həmişə inamla işləyirəm. Birimiz qorxsaq, çəkinsək, uğur qazana bilmərik. İnamsız meydana çıxsaq, məğlub olarıq. İki turda altı xal gözləmirdim, amma inanırdım. Cənab Prezident İlham Əliyev də bizi təbrik edib, ona təşəkkür edirəm. Bu, məsuliyyətimizi daha da artırır”.

Baş məşqçi həmçinin avrokubok təcrübələrinin vacibliyini vurğulayıb: “Uğur olan yerdə diqqət, təbriklər, xoş sözlər çox olacaq. Bu bizi yanıltmamalıdır. Bəzən uğursuzluq da ola bilər. Türkiyənin və qardaş ölkələrin dəstəyini yüksək qiymətləndiririk. “Qalatasaray”ı da qələbə münasibətilə təbrik edirəm”.

Gələcək hədəflər barədə danışan Qurbanov bildirib: “Hədəfimiz stabilliyi saxlamaq və uğurun gələcəyini təmin etməkdir. Futbolçulardan həmişə əsgər kimi vuruşmağı tələb etmişəm. Böyük və iddialı klublar da bəzən büdrəyirlər. Hamı inkişaf edir, yenilik axtarır”.







Çempionlar liqası

“Hakimin səhvi bütün oyunu pozdu”
  • Çempionlar liqası
  • 22:39 12.12.2025
“Hakimin səhvi bütün oyunu pozdu”
“Qol vurmaq bizim üçün ən çətin idi”
  • Çempionlar liqası
  • 13:28 11.12.2025
“Qol vurmaq bizim üçün ən çətin idi”
"Qarabağ" üç pillə gerilədi
  • Çempionlar liqası
  • 11:59 11.12.2025
"Qarabağ" üç pillə gerilədi
Çempionlar Liqasında VI tura yekun vuruldu
  • Çempionlar liqası
  • 02:14 11.12.2025
Çempionlar Liqasında VI tura yekun vuruldu
“Arsenal” “Brügge”ni darmadağın etdi
  • Çempionlar liqası
  • 01:57 11.12.2025
“Arsenal” “Brügge”ni darmadağın etdi