- Çempionlar liqası
- 15:40 31.01.2026
UEFA Çempionlar Liqasının əsas mərhələsində II turun növbəti oyunlar bu gün keçiriləcək.
90deqiqe.Az-ın məlumatına görə, Qurban Qurbanovun rəhbərlik etdiyi Azərbaycan təmsilçisi II turda Danimarkanın “Kopenhagen” klubunu qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionundakı qarşılaşma “Qarabağ”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
"Barselona" evdə Fransa PSJ-si ilə üz-üzə gəlib. Kataloniya təmsilçisi hesabı açmasına baxmayaraq görüşün sonunda meydanı məğlub tərk edib.
İngiltərənin "Nyukasl" klubu Almaniyada "Yunion"un qonağı olub və darmadağını qələbə qazanıb. İngiltərənin digər təmsilçisi "Mançester Siti" Fransada "Monako"nun qonağı olub. Dörd qolun qeydə alındığı bu matçda qalib müəyyənləşməyib.
İngiltərənin daha bir təmsilçisi "Arsenal" evdə Yunanıstan "Olimpiakos"unu qəbul edib və rəqib üzərində qələbəyə sevinən tərəf olub.
Almaniyanın "Borussiya" klubu doğma meydanda İspaniya "Atletik"ini qəbul edib və rəqibini böyükhesabla məğlub edib.
İtaliyanın "Napoli" klubu evdə Portuqaliya "Sportinq"i ilə üz-üzə gəlib və inamlə qələbəyə sevinib. İtaliyanın digər təmsilçisi "Yuventus" İspaniyada "Vilyarreal"ın qonağı olub. Gərgin və maraqlı keçən görüşdə tərəflər hərəyə 2 dəfə fərqlənməklə meydanı bir xalla tərk edib.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi
II tur
1 oktyabr
20:45. "Qarabağ" (Azərbaycan) - "Kopenhagen" (Danimarka) - 2:0
Qollar: A.Zubir, 28, E.Addai, 84
20:45. "Yunion" (Belçika) – "Nyukasl" (İngiltərə) - 0:4
Qollar: N.Voltmade, 17, A.Qordon, 43, 64, (pen), H.Barnes, 80
23:00. "Barselona" (İspaniya) – PSJ (Fransa) - 1:2
Qollar: F.Torres, 17, S.Mayulu, 38, G.Ramos, 90
23:00. "Monako" (Fransa) – "Mançester Siti" (İngiltərə) - 2:2
Qollar: E.Haaland, 15, 42, J.Teze, 18, E.Dier, 90 (pen)
23:00. "Borussiya" (Dortmund, Almaniya) – "Atletik" (İspaniya) - 4:1
Qollar: D.Svensson, 28, Ç.Çhukvuemka, 50,S.Quirassi, 82, G.Guruzeta, 61, J.Brandt, 90+1
23:00. "Napoli" (İtaliya) – "Sportinq" (Portuqaliya) - 2:1
Qollar:R.Hoylund, 36,79, L.Suares, 62 (pen)
23:00. "Vilyarreal" (İspaniya) – "Yuventus" (İtaliya) - 2:2
Qollar: C.Mikautadze, 18, F.Qatti, 49, F.Konseysao, 56, R.Veyqa, 90
23:00. "Arsenal" (İngiltərə) – "Olimpiakos" (Yunanıstan) - 2:0
Qollar: Q.Martinelli, 12, B.Saka,90+2
23:00. "Bayer 04" (Almaniya) – PSV (Nİderland) - 1:1
Qollar: C.Kofane, 65, I.Saibari, 72