26 mart 2026. Cümə axşamı

"Netflix" Çempionlar Liqasının yayım hüquqları uğrunda mübarizəyə qoşulur


"Netflix" Çempionlar Liqasının yayım hüquqları uğrunda mübarizəyə qoşulur

Amerikanın məşhur striminq xidməti "Netflix" futbol bazarına daxil olmağa hazırlaşır.

90deqiqe.Az-ın "The Times"ə istinadən məlumatına görə, platforma UEFA-nın yeni yayım qaydaları çərçivəsində hər turdan bir Çempionlar Liqası matçının qlobal yayım hüquqları uğrunda keçiriləcək tenderdə iştirak etməyi planlaşdırır. 

Mənbənin məlumatına görə, "Netflix" hazırda Avropanın ən nüfuzlu klub turnirinin oyunlarını yayımlamaq üçün rəsmi müraciətə hazırlaşır. UEFA-nın klub turnirlərinin yayım hüquqlarının satışından təxminən 5 milyard avro gəlir əldə etməyi planlaşdırdığı bildirilir.

Məlumatda o da qeyd olunur ki, yayım şirkətləri və striminq platformaları bir neçə bazarda eyni anda tenderdə iştirak edə biləcəklər. Bu isə premium səviyyəli qarşılaşmaların hüquqları uğrunda rəqabəti daha da gücləndirəcək.







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"