14 dekabr 2025. Bazar günü

“Qarabağ” çox güclü komandadır"


“Qarabağ” çox güclü komandadır"

UEFA Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək “Atletik” (İspaniya) – “Qarabağ” oyunu öncəsi Bilbao təmsilçisinin müdafiəçisi Aytor Paredes qarşılaşma ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, 25 yaşlı futbolçu mətbuat konfransında bildirib ki, Ağdam klubuna qarşı matç onların komandası üçün çox vacibdir:

“Qarabağ”la oyunda qələbə komandamız üçün çox önəmlidir. Rəqib iki oyundan maksimum nəticə əldə edib və bu da onların zəif olmadığını göstərir. Ola bilər ki, bir çoxları “Qarabağ”ı yaxından tanımır, amma onların oyunlarına baxanda görürsən ki, çox güclü kollektivdir. Bizim üçün asan görüş olmayacaq. Oyuna maksimum diqqətlə və ciddi şəkildə hazırlaşmalıyıq”.

Paredes həmçinin qeyd edib ki, “Atletik” qarşılaşmaya yaxşı hazırlaşıb və məqsədləri xal qazanmaqdır:
“Bilirik ki, xal qazanmaq üçün qollar vurmaq lazımdır. Futbol komanda işidir və biz də birlikdə bunun öhdəsindən gəlməyə çalışacağıq”.

Qeyd edək ki, “Atletik” – “Qarabağ” qarşılaşması oktyabrın 22-də “San Mames” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.







Çempionlar liqası

“Hakimin səhvi bütün oyunu pozdu”
  • Çempionlar liqası
  • 22:39 12.12.2025
“Hakimin səhvi bütün oyunu pozdu”
“Qol vurmaq bizim üçün ən çətin idi”
  • Çempionlar liqası
  • 13:28 11.12.2025
“Qol vurmaq bizim üçün ən çətin idi”
"Qarabağ" üç pillə gerilədi
  • Çempionlar liqası
  • 11:59 11.12.2025
"Qarabağ" üç pillə gerilədi
Çempionlar Liqasında VI tura yekun vuruldu
  • Çempionlar liqası
  • 02:14 11.12.2025
Çempionlar Liqasında VI tura yekun vuruldu
“Arsenal” “Brügge”ni darmadağın etdi
  • Çempionlar liqası
  • 01:57 11.12.2025
“Arsenal” “Brügge”ni darmadağın etdi