- Çempionlar liqası
- 22:50 27.11.2025
Madrid “Real”ının və “Yuventus”un sabiq müdafiəçisi Danilo Çempionlar Liqasının qrup mərhələsinin III turunda bu iki komanda arasında keçiriləcək qarşılaşma barədə fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, “La Gazzetta dello Sport” braziliyalı futbolçunun dediklərini belə çatdırıb.
“Belə məqamlarda “Yuventus”un birliyə ehtiyacı var, hər kəs bir-birinə kömək etməlidir. İndi Çempionlar Liqası vaxtıdır və bu, tamamilə başqa hekayədir. “Real” üzərində qələbə komanda üçün şans ola bilər. “Yuventus” çətin vəziyyətlərdə heç vaxt təslim olmur. Mən artıq komandanın gündəlik həyatında iştirak etmirəm, buna görə də konkret fikir bildirmək düzgün olmazdı. Amma kənardan baxanda görünür ki, bu il komandada keçən mövsümlə müqayisədə tam fərqli ruh var. Oyunçular və baş məşqçi arasında əvvəllər olmayan bir “kimya” yaranıb. “Real” çox ciddi sınaq olacaq. İspanların əhval-ruhiyyəsi daha pozitiv görünür, amma əgər “Yuventus” nəticə qazana bilsə, bu oyun mövsümün gedişatını dəyişə bilər.”
Qeyd edək ki, oyun oktyabrın 22-də Madridin “Santyaqo Bernabeu” stadionunda baş tutacaq.İki turdan sonra “Real Madrid” 6 xalla turnir cədvəlində ikinci, “Yuventus” isə 2 xalla 3-cü pillədə qərarlaşıb.