29 iyun 2026. Bazar ertəsi

“Vinisius komandamız üçün əvəzolunmaz oyunçudur”


“Vinisius komandamız üçün əvəzolunmaz oyunçudur”

“Real”ın baş məşqçisi Xabi Alonso UEFA Çempionlar Liqasının qrup mərhələsinin III turunda “Yuventus”la keçiriləcək oyun öncəsi braziliyalı hücumçusu Vinisius barədə danışıb. 

90deqiqe.Az-ın məlumatına görə, təcrübəli çalışdırcı bu barədə klubun rəsmi saytına açıqlamasında bildirib.

“Vinisius əla və komandamız üçün əvəzolunmaz oyunçudur. Onun oyundan zövq alması və gülümsəməsi məni çox sevindirir. Biz danışmışıq ki, o oyunun gedişatına necə təsir edə və nəticəni necə dəyişə bilər. Əsas odur ki, o konsentrasiya olunmuş olsun və ən yaxşı bacardığı işi etsin. Matçlarda o, həmişə özünü mükəmməl göstərir.”

Qeyd edək ki, matç oktyabrın 22-də Madridin “Santyago Bernabeu” stadionunda keçiriləcək.Cari mövsümdə Vinisius bütün turnirlər üzrə 11 oyuna çıxıb, 5 qol vurub və 4 məhsuldar ötürmə edib.







Çempionlar liqası

PSJ Çempionlar Liqasının qalibi oldu
  • Çempionlar liqası
  • 23:06 30.05.2026
PSJ Çempionlar Liqasının qalibi oldu