14 dekabr 2025. Bazar günü

“Arsenal” “Atletiko”nu darmadağın etdi


“Arsenal” “Atletiko”nu darmadağın etdi

UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün əsas mərhələsinin III turunda “Arsenal” və “Atletiko Madrid” komandaları üz-üzə gəlib.

90deqiqe.Az xəbər verir ki, Londonun “Emireyts” stadionunda keçirilən görüşdə meydan sahibləri inamlı qələbə qazanıblar – 4:0.

“Topçular” ikinci hissədə hesabı açıb – 57-ci dəqiqədə “Arsenal”ın müdafiəçisi Qabriel Maqalyays fərqlənib. Cəmi yeddi dəqiqə sonra komandanın braziliyalı hücumçusu Qabriel Martinelli üstünlüyü artırıb. Ardınca isveçli forvard Viktor Qyökeres 67-ci dəqiqədə hesabı 3:0 edib və üç dəqiqə sonra dublunu rəsmiləşdirərək yekun nəticəni müəyyənləşdirib – 4:0.

Bu qələbədən sonra “Arsenal” ümumi mərhələnin turnir cədvəlində 9 xalla 3-cü pillədə qərarlaşıb. “Atletiko” isə 3 xalla 18-ci yerdə yer alır.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının final oyunu 30 may 2026-cı il tarixində Budapeştdəki “Puşkaş Arena”da keçiriləcək.







Çempionlar liqası

“Hakimin səhvi bütün oyunu pozdu”
  • Çempionlar liqası
  • 22:39 12.12.2025
“Hakimin səhvi bütün oyunu pozdu”
“Qol vurmaq bizim üçün ən çətin idi”
  • Çempionlar liqası
  • 13:28 11.12.2025
“Qol vurmaq bizim üçün ən çətin idi”
"Qarabağ" üç pillə gerilədi
  • Çempionlar liqası
  • 11:59 11.12.2025
"Qarabağ" üç pillə gerilədi
Çempionlar Liqasında VI tura yekun vuruldu
  • Çempionlar liqası
  • 02:14 11.12.2025
Çempionlar Liqasında VI tura yekun vuruldu
“Arsenal” “Brügge”ni darmadağın etdi
  • Çempionlar liqası
  • 01:57 11.12.2025
“Arsenal” “Brügge”ni darmadağın etdi