31 yanvar 2026. Şənbə

PSV “Napoli”ni darmadağın etdi


PSV “Napoli”ni darmadağın etdi

UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda keçirilən PSV (Eyndhoven, Niderland) – “Napoli” (İtaliya) oyunu gərgin mübarizə şəraitində keçib.

90deqiqe.Az xəbər verir ki, “Filips” stadionunda baş tutan görüşdə meydan sahibləri inamlı qələbə qazanıblar – 6:2. 

Oyunun 31-ci dəqiqəsində Skott Maktominay “Napoli”ni önə çıxarıb. Lakin dörd dəqiqə sonra PSV bərabərlik qolunu rəqib müdafiəçisinin avtoqolu sayəsində vurub. 44-cü dəqiqədə İsmael Saybari niderland klubunu hesabda önə keçirib. İkinci hissənin əvvəlində Denis Man fərqi artırıb.

80-ci dəqiqədə Man dubla imza atıb. Altı dəqiqə sonra Maktominay da ikinci qolunu vuraraq fərqi azaltsa da, PSV matçın sonlarında Rikardo Pepi və Kuhayb Driuşun qolları ilə hesabı 6:2-yə çatdırıb.

Bu nəticədən sonra PSV 4 xalla ümumi mərhələnin yuxarı hissəsində qərarlaşıb, “Napoli” isə 3 xalla geriləyib.

Növbəti turda PSV səfərdə “Olimpiakos”la, “Napoli” isə evdə “Ayntraxt”la qarşılaşacaq. Hər iki oyun 4 noyabrda keçiriləcək.







Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”