31 yanvar 2026. Şənbə

Haland Ronaldonun rekordunu təkrarladı


Haland Ronaldonun rekordunu təkrarladı

“Mançester Siti”nin hücumçusu Erlinq Haland klub və Norveç yığmasının heyətində ardıcıl 12-ci oyunda qol vuraraq möhtəşəm seriyaya imza atıb.

90deqiqe.Az xəbər verir ki, bu göstərici ilə norveçli forvard Kriştiano Ronaldoya məxsus tarixi rekordu təkrarlayıb.Bu müddət ərzində Haland ümumilikdə 22 qol vurub və 3 qol ötürməsi edib.

Bu barədə məlumatı İngiltərə Premyer Liqasının rəsmi X (keçmiş Twitter) hesabı yayıb.

Norveçli futbolçu son qolunu Çempionlar Liqasının əsas mərhələsinin III turunda “Vilyarreal”la görüşdə vurub.

Qeyd edək ki, 25 yaşlı hücumçunun “Mançester Siti” ilə müqaviləsi 2034-cü ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalının məlumatına görə, futbolçunun bazar dəyəri 180 milyon avro təşkil edir.







Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”