7 noyabr 2025. Cümə

“Ən azı məğlub olmaq istəmirdik”


“Ən azı məğlub olmaq istəmirdik”

“Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda səfərdə İspaniyanın “Atletik” (Bilbao) komandası ilə 3:1 hesabı ilə məğlub oldu.

90deqiqe.Az-ın məlumatına görə, matçdan sonra keçirilən mətbuat konfransında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qarşılaşmanı şərh edib. Təcrübəli mütəxəssis bildirib ki, rəqibi qələbə münasibəti ilə təbrik edir və oyun zamanı komandasının sona qədər mübarizə apardığını vurğulayıb:

“Ən azı məğlub olmaq istəmirdik. Qarşılaşma boyunca şanslarımız var idi. Futbolçularım sona kimi mübarizə apardılar. Dinamik və sürətli komandaya qarşı çıxış etdik. ‘Atletik’ hesabda 2:1 öndə olarkən daha çox riskə getdik və müdafiədə boşluqlar verməyə başladıq. Nəticədə üçüncü qolu qapımızda gördük. Əsas mərhələdə rəqiblər get-gedə daha da çətinləşir və məsuliyyət böyüyür”







Çempionlar liqası

ÇL-in həftənin rəmzi komandası açıqlanıb
  • Çempionlar liqası
  • 20:55 06.11.2025
ÇL-in həftənin rəmzi komandası açıqlanıb
Azərbaycan UEFA reytinqində irəlilədi
  • Çempionlar liqası
  • 11:06 06.11.2025
Azərbaycan UEFA reytinqində irəlilədi
“Barselona”  “Brügge” ilə heç-heçə etdi
  • Çempionlar liqası
  • 02:04 06.11.2025
“Barselona” “Brügge” ilə heç-heçə etdi