26 mart 2026. Cümə axşamı

“Real” evdə “Yuventus”u minimal hesabla məğlub etdi


“Real” evdə “Yuventus”u minimal hesabla məğlub etdi

UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün ümumi mərhələsinin III turunda Madriddə “Real” komandası “Yuventus” klubunu qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, görüş “San­tiyaqo Bernabeu” stadionunda keçirilib və baş hakim Słavko Vinçic (Sloveniya) olub.

Matç ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qol 57-ci dəqiqədə “Real”ın yarımmüdafiəçisi Cud Bellinqhem tərəfindən vurulub.

Üçüncü turdan sonra “Real” ümumi mərhələnin turnir cədvəlində 9 xalla 5-ci pillədə qərarlaşıb. “Yuventus” isə 2 xalla 25-ci sırada qalıb.

Qeyd edək ki, Çempionlar Liqasının bu mövsümün final oyunu Macarıstanın paytaxtı Budapeştdəki “Puškaş Arena” stadionunda keçiriləcək. Final matçı 30 may 2026-cı il tarixində baş tutacaq.







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"