14 dekabr 2025. Bazar günü

“Bu dəfə fərq ondaydı ki, fasiləyə 1:1 yox, 3:1 hesabı ilə yollandıq”


“Bu dəfə fərq ondaydı ki, fasiləyə 1:1 yox, 3:1 hesabı ilə yollandıq”

“Liverpul”un baş məşqçisi Arne Slot UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda Almaniyanın “Ayntraxt” klubuna qarşı keçirilən oyunu (5:1) dəyərləndirib.

90deqiqe.Az-ın məlumatına görə, niderlandlı çalışdırcı bu barədə klubun rəsmi saytına açıqlamasında bildirib.

“Bu matçda əvvəlki oyunlarımızla oxşar cəhətlər də var idi, fərqli məqamlar da. Oxşarlıq ondadır ki, rəqibin ilk real hücumundan sonra yenə qol buraxdıq. Amma bu dəfə fərqli oldu – həmin qol yeganə buraxdığımız top idi, çünki artıq ilk hissədə hesabı 3:1 etdik. Fərq də məhz bundadır: fasiləyə 1:1 yox, 3:1 hesabı ilə yollanmaq.

Ən böyük fərq isə rəqibin oyun tərzində idi. Bu dəfə top daha çox yerdə idi, son oyunlarda isə çoxsaylı hava mübarizələri ilə qarşılaşırdıq”

Qeyd edək ki, vöyükhesablı qələbə ilə “qırmızılar” ardıcıl dörd məğlubiyyətlik seriyanı dayandırıblar.







Çempionlar liqası

“Hakimin səhvi bütün oyunu pozdu”
  • Çempionlar liqası
  • 22:39 12.12.2025
“Hakimin səhvi bütün oyunu pozdu”
“Qol vurmaq bizim üçün ən çətin idi”
  • Çempionlar liqası
  • 13:28 11.12.2025
“Qol vurmaq bizim üçün ən çətin idi”
"Qarabağ" üç pillə gerilədi
  • Çempionlar liqası
  • 11:59 11.12.2025
"Qarabağ" üç pillə gerilədi
Çempionlar Liqasında VI tura yekun vuruldu
  • Çempionlar liqası
  • 02:14 11.12.2025
Çempionlar Liqasında VI tura yekun vuruldu
“Arsenal” “Brügge”ni darmadağın etdi
  • Çempionlar liqası
  • 01:57 11.12.2025
“Arsenal” “Brügge”ni darmadağın etdi