14 avqust 2026. Cümə

Harri Keyn karyerasında ilk dəfə 8 oyunda ardıcıl qol vurdu


Harri Keyn karyerasında ilk dəfə 8 oyunda ardıcıl qol vurdu

İngiltərə millisinin və “Bavariya” klubunun hücumçusu Harri Keyn karyerasında ilk dəfə ardıcıl 8 oyunda qol vurmaqla şəxsi rekorduna imza atıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə Münhen təmsilçisi sosial şəbəkə hesabında məlumat yayıb.

22 oktyabrda keçirilən UEFA Çempionlar Liqasının ümumi mərhələsinin III turunda “Bavariya” “Brügge” üzərində 4:0 hesablı qələbə qazanıb. Həmin oyunda komandasının qollarından biri Keynin aktivinə yazılıb.

Bundan əvvəl ingilis hücumçu Çempionlar Liqasında “Çelsi” (3:1) və “Pafos”a (5:1) qarşı matçlarda da fərqlənmişdi.

Eyni zamanda Keyn son dövrdə Almaniya Bundesliqasında da “Borussiya Dortmund” (2:1), “Ayntraxt” (3:0), “Verder” (4:0), “Hoffenhaym” (4:1) və “Hamburq” (5:0) qarşılaşmalarında qollarla yadda qalıb.







Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu