14 avqust 2026. Cümə

PSJ “Mançester Yunayted”in 2002-ci il rekordunu keçdi


PSJ “Mançester Yunayted”in 2002-ci il rekordunu keçdi

Çempionlar Liqasının III turunda PSJ “Bayer”i 7:2 hesabı ilə darmadağın edib.

90deqiqe.Az “Statsdufoot”a istinadən xəbər verir ki, bu, Luis Enrike rəhbərliyindəki komanda üçün tarixi uğurdur.

 Paris klubu bir təqvim ilində Çempionlar Liqasında vurulan qollar rekordunu yeniləyib. “Bayer”lə görüşdən sonra PSJ 2025-ci ildə ümumilikdə 39 qol vuraraq 2002-ci ildə “Mançester Yunayted”in vurduğu 38 qol rekordunu keçib.

Fransız komandası bu il hələ “Bavariya”, “Tottenhem” və “Atletik” Birlbao ilə oyunlar keçirəcək.

Üç turdan sonra PSJ 9 xalla Çempionlar Liqasında turnir cədvəlində liderdir.







Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu