13 dekabr 2025. Şənbə

“Qarabağ”ın rəqibi “Napoli”yə ağır itki


“Qarabağ”ın rəqibi “Napoli”yə ağır itki

UEFA Çempionlar Liqasının əsas mərhələsində “Qarabağ”ın rəqibi olan “Napoli” ciddi itkisi ilə üzləşib.

90deqiqe.Az-ın "Sky Sports"a istinadən məlumatına görə, Neapol təmsilçisinin yarımmüdafiəçisi Kevin De Bruyne 3-4 ay yaşıl meydanlardan uzaq qalacaq.

Belçikalı futbolçunun sağ bud nahiyəsində yırtıq aşkarlanıb. Hazırda 33 yaşlı oyunçu konservativ müalicə kursu keçir. Əgər müalicə nəticə verməsə, De Bruynenin əməliyyat olunacağı bildirilir.

Bu səbəbdən təcrübəli yarımmüdafiəçi noyabrın 26-da keçiriləcək “Napoli” – “Qarabağ” oyununu buraxacaq.

De Bruyne A Seriyasının VIII turunda “İnter”lə matçda (3:1) penalti zərbəsini dəqiq yerinə yetirdikdən sonra zədələnərək 33-cü dəqiqədə meydanı tərk edib.

Qeyd edək ki, “Napoli” Çempionlar Liqasının qrup mərhələsində 3 xalla 23-cü pillədə qərarlaşıb. Ağdam təmsilçisi “Qarabağ” isə 6 xalla 13-cü sıradadır.







Çempionlar liqası

“Hakimin səhvi bütün oyunu pozdu”
  • Çempionlar liqası
  • 22:39 12.12.2025
“Hakimin səhvi bütün oyunu pozdu”
“Qol vurmaq bizim üçün ən çətin idi”
  • Çempionlar liqası
  • 13:28 11.12.2025
“Qol vurmaq bizim üçün ən çətin idi”
"Qarabağ" üç pillə gerilədi
  • Çempionlar liqası
  • 11:59 11.12.2025
"Qarabağ" üç pillə gerilədi
Çempionlar Liqasında VI tura yekun vuruldu
  • Çempionlar liqası
  • 02:14 11.12.2025
Çempionlar Liqasında VI tura yekun vuruldu
“Arsenal” “Brügge”ni darmadağın etdi
  • Çempionlar liqası
  • 01:57 11.12.2025
“Arsenal” “Brügge”ni darmadağın etdi