25 mart 2026. Çərşənbə

ÇL-nın tarixində ən çox oynayan futbolçuların reytinqi açıqlandı


ÇL-nın tarixində ən çox oynayan futbolçuların reytinqi açıqlandı

"Transfermarkt" portalı UEFA Çempionlar Liqasının tarixində ən çox oyun dəqiqəsi keçirən futbolçuların siyahısını açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, siyahının ilk onluğuna “Real” və “Barselona”nın keçmiş oyunçuları üstünlük təşkil edir — "top-10"da bu iki klubdan kənar yalnız bir futbolçu yer alıb.

Yeganə istisna “Milan”ın əfsanəvi müdafiəçisi Paolo Maldini olub. İtaliyalı futbolçu 135 oyunda ümumilikdə 11 450 dəqiqə meydanda qalaraq 6-cı pilləni tutub. Qeyd olunur ki, reytinqdə qapıçılar nəzərə alınmayıb.

Çempionlar Liqasının tarixində ən çox oyun dəqiqəsi keçirən futbolçular (noyabr 2025):

  1.  Kriştiano Ronaldo — 183 oyun, 15 758 dəqiqə
  2.  Lionel Messi — 163 oyun, 13 577 dəqiqə
  3. Serxio Ramos — 142 oyun, 12 449 dəqiqə
  4. Raul Qonsales — 142 oyun, 11 989 dəqiqə
  5. Toni Kroos — 151 oyun, 11 635 dəqiqə
  6.  Paolo Maldini — 135 oyun, 11 450 dəqiqə
  7.  Xavi — 151 oyun, 11 308 dəqiqə
  8.  Robert Levandovski — 135 oyun, 11 196 dəqiqə
  9.  Karim Benzema — 152 oyun, 10 943 dəqiqə
  10.  Jerar Pike — 128 oyun, 10 627 dəqiqə






Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"