9 dekabr 2025. Çərşənbə axşamı

Pedro Neto “Qarabağ”la oyunu buraxacaq


Pedro Neto “Qarabağ”la oyunu buraxacaq

İngiltərənin “Çelsi” klubu UEFA Çempionlar Liqasının əsas mərhələsində “Qarabağ”la qarşılaşmaya itki ilə çıxacaq.

90deqiqe.Az xəbər verir ki, Londan təmsilçisinin baş məşqçisi Enzo Mareska mətbuat konfransında komandasının hücumçularından biri – Pedro Netonun Bakıdakı matçda iştirak etməyəcəyini açıqlayıb.

İtaliyalı mütəxəssis bildirib ki, 25 yaşlı portuqaliyalı yarımmüdafiəçi yüngül mikrozədədən əziyyət çəkir:

“Pedro Neto sabahkı oyunda meydana çıxmayacaq. Onun zədəsi ciddi olmasa da, riskə getmək istəmirik. Qarşıdakı sıx oyun təqvimi nəzərə alınaraq, futbolçuya istirahət vermək qərarına gəldik.”

Mareska həmçinin komandasının son günlər gərgin oyun qrafiki ilə üzləşdiyini xatırladıb və Bakı səfərinin də asan olmayacağını qeyd edib.

Qeyd edək ki, “Qarabağ” – “Çelsi” oyunu noyabrın 5-də, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Qarşılaşma saat 21:45-də start götürəcək.







Çempionlar liqası

“İnter” əsas oyunçusunu itirə bilər
  • Çempionlar liqası
  • 23:43 08.12.2025
“İnter” əsas oyunçusunu itirə bilər
“Əsas diqqətimiz Çempionlar Liqasındadır”
  • Çempionlar liqası
  • 22:44 08.12.2025
“Əsas diqqətimiz Çempionlar Liqasındadır”
Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu