8 noyabr 2025. Şənbə

“Parislilər favorit deyil”


“Parislilər favorit deyil”

Alman futbolunun canlı əfsanələrindən biri olan Lotar Matteus Çempionlar Liqasının dördüncü turunda baş tutacaq PSJ – “Bavariya” matçı barədə danışıb.

90deqiqe.Az-ın məlumatına görə, təcrübəli mütəxəssis "Sky Sport Germany" üçün yazdığı analizdə alman nəhənginin üstün tərəflərini önə çıxarıb:

“İki aparıcı Avropa klubu üz-üzə gələcək. “PSJ” güclü heyətə malik olsa da, onlarda nə Keyn, nə Olise, nə də Kimmiş və Noyer kimi oyunçular var. Fransızlar Çempionlar Liqasında yaxşı təsir bağışlayır, amma daxili çempionatda xal itkiləri və məğlubiyyətləri oldu. “Bavariya” isə hazırda ideal formadadır – bu, onları bir addım öndə edir.”

Matteus sonda görüşün nəticəsi barədə proqnoz verib:

“Mən “Bavariya”nın 2:1 hesabı ilə qalib gələcəyini düşünürəm.”







Çempionlar liqası

ÇL-in həftənin rəmzi komandası açıqlanıb
  • Çempionlar liqası
  • 20:55 06.11.2025
ÇL-in həftənin rəmzi komandası açıqlanıb
Azərbaycan UEFA reytinqində irəlilədi
  • Çempionlar liqası
  • 11:06 06.11.2025
Azərbaycan UEFA reytinqində irəlilədi