30 sentyabr 2026. Çərşənbə

“Liverpul” azarkeşləri Trent Aleksander-Arnoldu fitə basdı


“Liverpul” azarkeşləri Trent Aleksander-Arnoldu fitə basdı

UEFA Çempionlar Liqasının IV turunda “Liverpul” – “Real Madrid” qarşılaşması öncəsi maraqlı hadisə baş verib.

90deqiqe.Az-ın məlumatına görə, komandaların heyəti təqdim olunarkən “Enfild” tribunalarındakı “Liverpul” azarkeşləri komandanın sabiq futbolçusu, hazırda “Real”da çıxış edən Trent Aleksander-Arnoldu fitə basıblar. İngiltərəli müdafiəçi isə bu anda meydanda dayanaraq təbəssümlə reaksiya verib.

Aleksander-Arnold “Liverpul”un əsas komandasında 354 oyunda iştirak edib, 23 qol və 92 məhsuldar ötürmə ilə yadda qalıb. O, “qırmızılar”la birlikdə Çempionlar Liqası və İngiltərə çempionluğu titullarını qazanıb. Trent Aleksander-Arnold 2025-ci ilin yayında Madrid “Real”ına keçib.







Çempionlar liqası

 “Modriç, Kazemiro və Kroos olsaydı...”
  • Çempionlar liqası
  • 23:38 11.09.2026
“Modriç, Kazemiro və Kroos olsaydı...”