25 iyun 2026. Cümə axşamı

“Tottenhem” “Kopenhagen”i darmadağın etdi


“Tottenhem” “Kopenhagen”i darmadağın etdi

Bu gün UEFA Çempionlar Liqasının ümumi mərhələsinin 4-cü turu çərçivəsində keçirilən “Tottenhem” – “Kopenhagen” qarşılaşması başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, görüş Londondakı “Tottenhem Hotspur” stadionunda oynanılıb və meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Londondan olan komanda hesabı 19-cu dəqiqədə Brennan Consonun qolu ilə açıb. 51-ci dəqiqədə Vilson Odober fərqi iki topa çatdırıb. 57-ci dəqiqədə Conson ikinci sarı vərəqə alaraq meydanı tərk edib. Azlıqda qalan “Tottenhem” buna baxmayaraq, Mikki van de Venin (64-cü dəq.) və Joau Palinyanın (67-ci dəq.) qolları sayəsində fərqi artıraraq inamlı qələbə qazanıb.

Bu nəticədən sonra “Tottenhem” 8 xalla ümumi mərhələnin yuxarı hissəsində qərarlaşıb. “Kopenhagen” isə 1 xalla turnir cədvəlinin son pillələrindən birində yer alıb.

Növbəti turda “Tottenhem” 26 noyabrda səfərdə PSJ ilə qarşılaşacaq, “Kopenhagen” isə həmin gün doğma meydanda “Kayrat”ı qəbul edəcək.







Çempionlar liqası

PSJ Çempionlar Liqasının qalibi oldu
  • Çempionlar liqası
  • 23:06 30.05.2026
PSJ Çempionlar Liqasının qalibi oldu