14 dekabr 2025. Bazar günü

Böyük Britaniyanın səfiri “Qarabağ”ı dəstəkləyəcək - VİDEO


Böyük Britaniyanın səfiri “Qarabağ”ı dəstəkləyəcək - VİDEO

UEFA Çempionlar Liqasının IV turu çərçivəsində bu axşam Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ” FK “Çelsi” ilə qarşılaşacaq.

90deqiqe.Az-ın məlumatına görə, Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld görüş öncəsi maraqlı paylaşım edib. O, “X” sosial şəbəkəsindəki hesabında qeyd edib ki, bu axşam ev sahibi komandanı — “Qarabağ”ı dəstəkləyəcək:

“Bu axşam ‘Qarabağ’ FK ‘Çelsi’ ilə qarşılaşacaq! Gərgin və həyəcanlı oyun gözləyirəm, amma Böyük Britaniyanın Azərbaycandakı səfiri və ‘Qırmızı Şeytan’ (‘Mançester Yunayted’ azarkeşi) kimi bu axşam ev sahibi komandaya köklənəcəyəm.”

Qeyd edək ki, “Qarabağ” – “Çelsi” oyunu bu gün saat 21:45-də start götürəcək. Görüş UEFA Çempionlar Liqasının qrup mərhələsinin IV turu çərçivəsində keçiriləcək.

 







Çempionlar liqası

“Hakimin səhvi bütün oyunu pozdu”
  • Çempionlar liqası
  • 22:39 12.12.2025
“Hakimin səhvi bütün oyunu pozdu”
“Qol vurmaq bizim üçün ən çətin idi”
  • Çempionlar liqası
  • 13:28 11.12.2025
“Qol vurmaq bizim üçün ən çətin idi”
"Qarabağ" üç pillə gerilədi
  • Çempionlar liqası
  • 11:59 11.12.2025
"Qarabağ" üç pillə gerilədi
Çempionlar Liqasında VI tura yekun vuruldu
  • Çempionlar liqası
  • 02:14 11.12.2025
Çempionlar Liqasında VI tura yekun vuruldu
“Arsenal” “Brügge”ni darmadağın etdi
  • Çempionlar liqası
  • 01:57 11.12.2025
“Arsenal” “Brügge”ni darmadağın etdi