14 dekabr 2025. Bazar günü

“Qarabağ” “Çelsi” ilə heç-heçə etdi


“Qarabağ” “Çelsi” ilə heç-heçə etdi

UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün ümumi mərhələsinin IV turu çərçivəsində keçirilən “Qarabağ” – “Çelsi” oyunu 2:2 hesablı bərabərliklə başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, görüş Bakıdakı Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılıb. Qarşılaşmanı avstriyalı hakim Sebastyan Qisxammer idarə edib.

Matçın hesabı 16-cı dəqiqədə “Çelsi”nin hücumçusu Estevaonun vurduğu qolla açılıb. 29-cu dəqiqədə “Qarabağ”ın yarımmüdafiəçisi Leandro Andrade tarazlığı bərpa edib. 39-cu dəqiqədə isə meydan sahiblərinin oyunçusu Marko Yankoviç penaltini dəqiq yerinə yetirərək komandasını önə keçirib.

İkinci hissənin 53-cü dəqiqəsində “Çelsi”nin yarımmüdafiəçisi Alejandro Qarnacho hesabı bərabərləşdirib.

Bu nəticədən sonra hər iki komanda 7 xal toplayıb. “Qarabağ” hazırda ümumi mərhələnin cədvəlində 12-ci, “Çelsi” isə 10-cu pillədə qərarlaşıb.

Növbəti turda Qurban Qurbanovun komandası noyabrın 25-də “Napoli” ilə, Enso Mareskanın rəhbərlik etdiyi “Çelsi” isə eyni tarixdə “Barselona” ilə qarşılaşacaq.

Qeyd edək ki, cari mövsümün final oyunu 2026-cı il mayın 30-da Budapeştdəki “Puşkaş Arena”da keçiriləcək.







Çempionlar liqası

“Hakimin səhvi bütün oyunu pozdu”
  • Çempionlar liqası
  • 22:39 12.12.2025
“Hakimin səhvi bütün oyunu pozdu”
“Qol vurmaq bizim üçün ən çətin idi”
  • Çempionlar liqası
  • 13:28 11.12.2025
“Qol vurmaq bizim üçün ən çətin idi”
"Qarabağ" üç pillə gerilədi
  • Çempionlar liqası
  • 11:59 11.12.2025
"Qarabağ" üç pillə gerilədi
Çempionlar Liqasında VI tura yekun vuruldu
  • Çempionlar liqası
  • 02:14 11.12.2025
Çempionlar Liqasında VI tura yekun vuruldu
“Arsenal” “Brügge”ni darmadağın etdi
  • Çempionlar liqası
  • 01:57 11.12.2025
“Arsenal” “Brügge”ni darmadağın etdi