25 mart 2026. Çərşənbə

“Qarabağ”la görüşdə səhvlərimiz nəticəyə təsir etdi”


“Qarabağ”la görüşdə səhvlərimiz nəticəyə təsir etdi”

Çempionlar Liqasının ümumi mərhələsinin 4-cü turunda “Çelsi” səfərdə “Qarabağ”la 2:2 hesablı heç-heçə edib.Oyundan sonra London klubunun kapitanı Ris Ceyms matçla bağlı fikirlərini bölüşüb.

 

90deqiqe.Az xəbər verir ki, “TNT Sports” futbolçunun dediklərini belə çatdırıb.

“Bu nəticə bizi məyus etdi. Qələbə üçün gəlmişdik və güclü heyətlə çıxış etdiyimizi düşünürdük. Lakin iki səhv etdik – biri penaltı, digəri isə sadə epizodda buraxılan qolla nəticələndi. Belə səhvlər bu səviyyədə bağışlanmır. Rəqib azarkeşləri komandalarını yaxşı ruhlandırırdı, meydança isə oyun üçün bir qədər ağır idi. İmkanlarımızdan istifadə edə bilmədik və nəticədə qalib gələ bilmədik”

“Çelsi” 4 oyundan sonra 7 xal toplayaraq ümumi mərhələnin ilk onluğunda yer alır.







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"