14 mart 2026. Şənbə

“Mançester Siti” doğma meydanda “Borussiya”nı darmadağın edib


“Mançester Siti” doğma meydanda “Borussiya”nı darmadağın edib

Çempionlar Liqasının 2025/2026 mövsümünün ümumi mərhələsinin 4-cü turunda “Mançester Siti” doğma meydanda Dortmund “Borussiya”sını qəbul edib.

90deqiqe.Az xəbər verir ki, “Etihad” stadionunda baş tutan görüşdə meydan sahibləri rəqibini 4:1 hesabı ilə məğlub edib.

 İngiltərə təmsilçisinin qollarını Fil Foden (22, 57), Erlinq Holann (29) və Rayan Şerki (90+1) vurublar. Qonaqların heyətində fərqlənən yeganə futbolçu Valdemar Anton olub (72).

Qeyd edək ki, Haland üçün bu, Avropa yarışlarında 52-ci matçda vurduğu 54-cü qol olub.

Növbəti turda “Mançester Siti” 25 noyabrda “Bayer”lə, “Borussiya” isə “Vilyarreal”la qarşılaşacaq.

Cari mövsümün final oyunu 2026-cı il mayın 30-da Budapeştdəki “Puşkaş Arena”da keçiriləcək.







Çempionlar liqası

PSJ "Çelsi"ni darmadağın etdi
  • Çempionlar liqası
  • 02:10 12.03.2026
PSJ "Çelsi"ni darmadağın etdi