25 mart 2026. Çərşənbə

“Qalatasaray” səfərdə “Ayaks” üzərində qələbə qazandı


“Qalatasaray” səfərdə “Ayaks” üzərində qələbə qazandı

UEFA Çempionlar Liqasının ümumi mərhələsinin 4-cü turunda “Ayaks” (Niderland) və “Qalatasaray” (Türkiyə) komandaları üz-üzə gəliblər.

90deqiqe.Az xəbər verir ki, görüş Amsterdamdakı “Yohan Kroyf Arena”da keçirilib və fransalı hakim Benua Bastien tərəfindən idarə olunub.

Qarşılaşma “Qalatasaray”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qonaqların heyətində Viktor Osimhen het-trik müəllifi olub – nigeriyalı hücumçu 59-cu, 66-cı (penalti) və 78-ci (penalti) dəqiqələrdə fərqlənib.

Bu nəticədən sonra “Ayaks” 0 xalla ümumi mərhələnin cədvəlinin son pillələrində qərarlaşıb. “Qalatasaray” isə 9 xalla turnir cədvəlinin orta hissəsində yer alır.

Növbəti turda “Ayaks” noyabrın 25-də evdə “Benfika” ilə, “Qalatasaray” isə həmin gün doğma azarkeşləri önündə “Union”la qarşılaşacaq.







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"