25 mart 2026. Çərşənbə

“İnter” “Kayrat” üzərində çətin qələbə qazandı


“İnter” “Kayrat” üzərində çətin qələbə qazandı

UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün ümumi mərhələsinin 4-cü turu çərçivəsində “İnter” (İtaliya) və “Kayrat” (Qazaxıstan) komandaları qarşılaşıb.

90deqiqe.Az xəbər verir ki, görüş “Cüzeppe Meazza” stadionunda (Milan) keçirilib və portuqaliyalı hakim Luiş Qodinyo tərəfindən idarə olunub.

Matç “İnter”in 2:1 hesablı qələbəsi ilə nəticələnib. 45-ci dəqiqədə Lautaro Martines hesabı açıb, 56-cı dəqiqədə Ofri Arad bərabərliyi təmin edib. 67-ci dəqiqədə Karlus Auqusto italiyalıların qələbə qolunu vurub.

Bu qələbədən sonra “İnter” 12 xalla ümumi mərhələnin yuxarı hissəsində qərarlaşıb. “Kayrat” 1 xalla turnir cədvəlinin aşağı hissəsində yer alır.

Növbəti turda “İnter” 26 noyabrda “Atletiko Madrid”lə, “Kayrat” isə eyni tarixdə “Kopenhagen”lə qarşılaşacaq.







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"